Doğru.az xəbər verir ki, prezident İlham Əliyevin 04.01.2021-ci il tarixli Fərmanı ilə azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı tədbirlərə dəstək məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsinə xidmət edir.
Ədliyyə işçiləri və hakimlər mütəmadi olaraq Silahlı Qüvvələrə Yardım Fonduna, habelə “YAŞAT” Fonduna əmək haqlarından ianələr etməklə dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayişi kimi mənəvi borc hesab ediblər.
Qeyd edək ki, bu mənada işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişi naminə həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədilə ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqlarından 500 min manatın Qarabağ Dirçəliş Fonduna köçürülməsi qərarına gəliblər.
























