image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220519-wa0167backend

Ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər vətəndaş məmnunluğunu artırır

image-728x90px

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Şəmkir regional ədliyyə idarəsində Şəmkir, Gədəbəy rayonlarından və digər bölgələrdən olan vətəndaşların qəbulunu keçirib.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb, xüsusilə müharibə iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması üçün nəzarətə götürülməklə nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri onların müraciətlərinə daim diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı nazir yerli ədliyyə orqanlarına baş çəkib, ədliyyə işçiləri ilə görüşərək iş şəraiti ilə tanış olub, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını diqqətə çatdırıb, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib.

Nazir, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov tərəfindən, həmçinin Şəmkir Rayon Məhkəməsində hakimlərlə müşavirə keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Dövlət başçısının ötən ay imzaladığı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mühüm əhəmiyyəti qeyd olunaraq məhkəmə fəaliyyətində şəffaflığın artırılması, antikorrupsiya tədbirlərinin gücləndirilməsi, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı tədbirlər diqqətə çatdırılıb.

Bununla yanaşı, Gəncə Apellyasiya Məhkəməsində bölgənin bir sıra məhkəmələrində aparılmış monitorinqlərin nəticələri müzakirə olunaraq, aşkar edilmiş qüsurların aradan qaldırılması, işin təkmilləşdirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması və vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tövsiyələr verilib, məhkəmələrə əməli və metodiki köməklik göstərilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki