image-2000x150px
image-123
image-ads_atlas
image-27087_j4rtztwfhjbackend

Əflatun Amaşovdan Cavanşir Feyziyevlə bağlı – Açıqlama

image-728x90px

Media nümayəndələrini təhqir edən, onlara “reket”, “dələduz”, “casus” deyən deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

Doğru.Az xəbər verir ki, musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz.

Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki