Əfqanıstanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2 200-ü ötüb, 3 600-dən çox insan isə yaralanıb.
Doğru.az xəbər verir ki, Ariana News portalının məlumatına görə, Əfqanıstan hakimiyyətinin mətbuat katibinin müavini Həmdullah Fitrat bildirib ki, ölənlərin sayı 2 205-ə, yaralıların sayı isə 3 649-a çatıb.
Bundan əvvəl TOLOnews portalı xəbər vermişdi ki, zəlzələdən sonra yüzlərlə insan dağıntılar altında qalıb.
DOĞRU.AZ