İsrail 4 israilli girovun cəsədinin Qəzza zolağında Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verilməsinə cavab olaraq fələstinli məhbusların azad edilməsi prosesinə başlayıb.
Əl-Cəzirə telekanalının məlumatına görə , azad edilmiş fələstinli məhbusları daşıyan Beynəlxalq Qırmızı Xaç avtobusu İsrail qüvvələrinin müşayiəti ilə Ramallah yaxınlığındakı Beytuniya qəsəbəsinə daxil olub.
Qeyd olunur ki, söhbət 620 fələstinli məhbusdan gedir.
DOĞRU.AZ