image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210810-wa0013backend

Eldar Əzizovun Bakıda hər tində tikilən obyektlərdən xəbəri varmı? – FOTOLAR

image-728x90px

Bir neçə aydan sonra Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olumnasının üç ili tamam olacaq. Son iyirmi ildir icra başçısı kreslolarından düşməyən, müxtəlif şəhər və rayonlara rəhbərlik etmiş Eldar Əzizovun Bakı şəhərində sözügedən vəzifənin başına gətirilməsi heç də təsadüf deyildi. Yəni Eldar Əzizov uzun müddət idi ki, buraya can atırdı. İstəyinə çatdıqdan sonra Eldar Əzizov nə etdi?

İlk olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan idarələrin sayını artırdı. Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət edən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratdı və paytaxtın abadlaşdırılmasına başladı. Sanki sələfi Hacıbala Abutalıbovun rəhbərliyi dönəmində Bakıdı heç bir abadlaşma işləri aparılmamışdı. Əslində isə bu Eldar Əzizov tərəfindən vəsaitlərin bir ələ cəmləşdirilməsindən başqa bir şey deyil.

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan az sonra tabeçiliyində olan idarələrdə kadr dəyişiklikləri də apardı. Onlardan biri də Eldar Əzizovun ikinci gəlir mənbəyi kimi nəzərdə tutduğu ticarət və iaşə sahəsi idi.

Buraya hələ BŞİH başçısının səlahiyyətlərini icra edərkən, 2018-ci il oktyabrın 22-də Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsinə gətirdiyi İntiqam Məmmədovdur ki, vaxtilə miqrasiya xidmətində çalışmışdır. Məlum olduğu kimi İntiqam Məmmədov artıq üç ilə yaxındır ki, Bakı şəhər Ticarət və Xidmət Departamentinin direktorudur. Amma bu illər ərzində o rəhbərlik etdiyi qurumda nə kimi yaddaqalan işlər görə bilib? Yoxsa elə hər şey Hacıbala Abutalıbovun dövründə olduğu kimidir.

Hacıbala Abutalıbovun dövrü demişkən. Onun dövründə sakinlər paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almağın baha olduğundan narazılıq edirdilər. Bəs bu sahədə Eldar Əzizovun başçılıq etdiyi Bakıda hazırda vəziyyət necədir?

Hazırda paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almaq pulsuz deyil, hətta Hacıbala Abutalıbovun dövründə olan qiymətlərdən qat-qat bahadır. Kiçik, 10-15 kvadratmetrlik bir yerə nə az, nə də çox, 30-40 min manat. Bunu biz özümüzdən çıxarmırıq. Bunu paytaxtda kiçik bir çayxana açmaq istəyən Qarabağ müharibəsi əlilinə Bakı şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov deyib.

Yazıya əlavə etdiyimiz şəkildə yeni tikilən obyekt isə Nizami rayonunda, Bəhruz Nuriyev küçəsində yerləşir. Obyekt kommunikasiya xəttlərinin üstündə tikilib, səkidə. Heç bir sənədi yoxdu və bir geçənin içində tikintisi başa çatdırılıb. Sahibi  isə Bakı şəhər Ticarət və Xidmət Departamentində lap çoxdan işləyən Sadiq adlı bir nəfərdir.

Deyilənə görə özü Hacıbala Abutalıbovun uzaq qohumudur, Ordubad rayonundandır. O vaxtlar keçmiş başçı onu Bakıda çörəkpulu qazanmağa gətizdiribmiş. İndi həmin Sadiqin təkcə Nizami rayonu ərazisində 10 obyekti var. Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında bir böyük kafe, Rüstəm Rüstəmov 84-də binanın altı, Naxçıvanski 51-in yanında da bir obyekti var. Bu sadalananlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin sıravi bir işçisinə məxsusdur. İndi təsəvvür edin Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə obyektləri var.

Məlumatlara görə Hacıbala Abutalıbovun qohumu olan Sadiq sadəcə bir iş icraçısıdır, heç bir vəzifəsi yoxdur. Amma yuxarıda sadaladığımız ünvarlarda obyektləri var. İndi bilinmir, gəlirləri özünə çatır ya da başqa şəxsə. Görəsən sıradan bir şəxs Bakı ərazisində belə tikinti işləri apara bilərmi? Həm də az qala yolun ortasında.

Göründüyü kimi Eldar Əzizovun məqsədi Bakı şəhərində şəhərsalma planlarına uyğun olaraq iş görmək deyil. Yaratdığı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına milyonlarla dövlət vəsaiti köçürüb güya şəhəri abadlaşdırmaq, Bakı şəhər Ticarət və Xidmət Departamentinin əli ilə hansı tində gəldi kafe və restoran tikintisinə icazə verib paytaxtın ümümi görünüşünə xələl vurmaq .azfakt.com

DOĞRU.AZ

image-img-20210810-wa0009 image-img-20210810-wa0012 image-img-20210810-wa0010 image-img-20210810-wa0011

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki