image-2000x150px
image-123
image-ads_atlas
Əli Əsədov İrakli Qaribaşvilini Azərbaycana dəvət edibbackend

Əli Əsədov İrakli Qaribaşvilini Azərbaycana dəvət edib

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub.

Bu barədə Gürcüstanın hökumət Administrasiyası məlumat yayıb.

Ə.Əsədov İ.Qaribaşvilini Gürcüstanın hökumət başçısı təyin olunması münasibətilə təbrik edib. O, gürcü həmkarına fəaliyyətində uğurlar arzu edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.

Tərəflər iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərinin bundan sonra da əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə ediblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki