image-2000x150px
image-123
image-ads_atlas
image-1652530252_2b24d808-90ae-4456-945c-79750fa095eabackend

Elşən Gəncəvi “Caspian Awards 2022” Azərbaycan layihəsində mükafatlandırılıb – FOTO

image-728x90px

İctimai Xadim, İş Adamı, “Ganjavi Holding”-in prezidenti Elşən Gəncəvi “Caspian Awards 2022” Azərbaycan layihəsində mükafatlandırılıb.

İslahat.az xəbər verir ki, “AVAND PRODUCTION” tərəfindən təşkil edilmiş “Caspian Awards 2022” Azərbaycan layihəsi keçirilib. Təqdimetmə mərasimində Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən peşəkar şəxslər və şirkətlər mükafatlandırılıb. Elşən Gəncəvi ictimai xadim olaraq mükafatçılar sırasında olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “NAJAFSOY GROUP” şirkətinin rəhbəri, “Pi Education” və “King Construction” şirkətlərinin müşahidə şurasının sədri, “Oxu-magiya” kitabının müəllifi, “Ganjavi Media” informasiya şəbəkəsinin rəhbəri, “Siyasi.az” xəbər portalının baş redaktoru, “İslahat.az” xəbər portalının, “Cari.az” və “İctimai.az” informasiya portalının yazarıdır.

“PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

image-1652530252_2b24d808-90ae-4456-945c-79750fa095ea image-1652530173_28945813-f556-4115-80d4-0b770776685f image-1652530220_899a92db-09bc-416f-a749-25c4cd773344

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki