“Caspian Events Group” tərəfindən təşkil olunan “Caspian Awards 2026” mükafatlandırma mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, “Badamdar Hotel & Residences Baku”da baş tutan tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən tanınmış şəxslər və şirkətlər mükafatlandırılıb. Gecənin aparıcısı Nərgiz Əhmədqızı olub. Tədbirdə xeyriyyəçi Hacı Nuran, aktrisa Xəyalə Quliyeva və digər tanınmış simalar da mükafat alanlar sırasında yer alıblar.
İctimai və iqtisadi sahələrdəki uğurlarına görə Elşən Gəncəvi “İş adamı” nominasiyası üzrə mükafata layiq görülüb.
İqtisadçı, ictimai xadim və iş adamı kimi tanınan Elşən Gəncəvi hazırda “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” və “Siyasi.az” informasiya resurslarının baş redaktoru kimi fəaliyyət göstərir.
O, həmçinin müxtəlif ictimai qurumlarda məsul vəzifələr daşıyıb, sosial və ictimai layihələrin həyata keçirilməsində yaxından iştirak edib. Elşən Gəncəvi iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir və “Oxu-magiya” kitabının müəllifidir.
Qeyd edək ki, Elşən Gəncəvi müxtəlif illərdə yerli və beynəlxalq mükafatlara layiq görülüb. O, Türkiyədə keçirilən “Altın Melek Ödülleri 2021”, “Turkey Exclusive Awards 2022” və “Altın Melek Ödülleri 2025” layihələrində beynəlxalq mükafatlarla təltif olunub. 2025-ci ildə isə Gəncə şəhərində təşkil olunan “Gəncəvi Milli Mükafatı”nda “İş adamı” nominasiyası üzrə mükafatlandırılıb.
DOĞRU.AZ


























