image-2000x150px
image-123
image-ads_atlas
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlayıbbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlayıb

image-728x90px

Doğru.az xəbər verir ki, Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan şəhid ailəsinin üzvləri, müharibə əlilləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər bu layihədə iştirak etməklə Dünya Bankının dəstəyi ilə öz kiçik bizneslərini qura biləcəklər. Beş il ərzində ümumilikdə 22 min işsiz şəxsi əhatə edəcək “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il 6 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulmasına dəstək göstərilir:

Layihədə iştirak etmək üçün qeydiyyat onlayn qaydada www.e-sosial.az portalında, Məşğulluq Altsistemində “Məşğulluğa Dəstək Layihəsi” bölməsində, DMA vebsəhifəsində http://www.dma.gov.az və ya Ərazi Məşğulluq Mərkəzləri və DOST mərkəzlərinə də müraciət edərək qeydiyyatdan keçmək olar.

Layihəyə müraciət qaydası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanmışdır: https://youtu.be/ANZ9qbnZ1IA Əlavə məlumat almaq üçün: 142 – Çağrı mərkəzi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki