image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Emin Əmrullayev: “Məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik”

image-728x90px

“Təhsil sistemi ilə bağlı məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, müqayisə edilə bilən və dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır. Nazirin sözlərinə görə, təhsildə elmilik olmalıdır, amma onun da öz meyarı var.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təhsilin ayrıca bölmə kimi yer alması, ilk dəfə konkret hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur. Azərbaycan təhsili 1 milyon 500 min nəfərdən artıq şagirdi, 150 minədək məktəbəqədər təhsil alan uşağı, 200 mindən çox tələbəni, eyni zamanda 170 minə qədər ümumtəhsil müəssisələrində işləyən təhsil işçilərini və milyonlarla valideyni özündə birləşdirir”, – nazir bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki