image-n1karobka_ads
image-123
image-74d6a664674c76fbackend

Əminə Ərdoğandan Qarabağ atlarına heyranlıq: “Bir millət, iki dövlət – daim bir, bütöv!”

VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Zəfər” şou-kompozisiyası və Qarabağ atlarının qəlblərə toxunan çıxışı böyük maraqla qarşılanıb.

Doğru.az xəbər verir ki, Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğan bu təsirli təqdimatla bağlı sosial media hesabında paylaşım edərək təəssüratlarını bölüşüb. O, paylaşımında bildirib:

“Qarabağ atlarının qəlblərə toxunan bənzərsiz çıxışı… Bir millətin mədəniyyəti bu gün digərinin qəlbində əks-səda doğurdu. ‘Bir millət, iki dövlət’ – mədəniyyətdə, qəlbdə və gələcəkdə daim bir, bütöv.”

Əminə Ərdoğanın paylaşımında həmçinin Azərbaycan və Türkiyə bayraqlarına da yer verilib.

DOĞRU.AZ

image-17481551146101857445_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki