Cefri Epşteynin işi ilə bağlı məhkəmə stenoqramlarının yayımlanması Donald Trampın tələbi ilə təxirə salına bilər.
Doğru.az xəbər verir ki, Politico nəşrinin yazdığına görə, Trampın müraciəti bu sənədlərin ictimaiyyətə təqdim olunmasını aylarla gecikdirə və ciddi hüquqi yoxlamaya məruz qoya bilər.
Qeyd edilir ki, Tramp daha əvvəl Epstein ilə əlaqəsinin iddia olunmasını “demokratların yeni fırıldağı” adlandırmışdı.
Xatırladaq ki, keçmiş maliyyəçi Jeffrey Epstein azyaşlı qızların istismarı ilə məşğul olan geniş şəbəkə qurmuşdu. İstintaq müəyyən etmişdi ki, qurbanlar aldadılaraq onun evlərinə gətirilir və burada müxtəlif nüfuzlu şəxslər tərəfindən zorakılığa məruz qalırdı.
DOĞRU.AZ