Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yenidən prezidentliyə namizəd olmaq fikrində olmadığını bildirib. Eyni zamanda o, ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.
TASS onun sözlərindən sitat gətirir: “Mən yenidən seçilmək və ya yenidən namizəd olmaq niyyətində deyiləm.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Siyasi Birliyinin sammitində Ərdoğan Fransa prezidenti Emmanuel Makronun barmağından yapışıb və buraxmayıb. Bir saniyə əvvəl Fransa lideri əlini Türkiyə prezidentinin əlinin üzərinə qoyub.
DOĞRU.AZ