image-2000x150px
image-editor_6a41a904795006f7b69dd55cf77d3d4e_0wu48k6y7bl5oemach3i-750x403backend

Ermənilər təşvişə düşüb ki, azərbaycanlılar qayıdır

image-728x90px

Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı imzaladığı fərman Azərbaycanın Ermənistan üzərində təkcə hərbi müstəvidə yox, həm də diplomatik müstəvidə böyük qələbə qazandığnı bir daha sübut etmiş oldu. Ölkə başçısının imzaladığı bu fərman ilə Ermənistan özünün ənənəvi olaraq strateji müttəfiqi hesab etdiyi Rusiyanı indi daha uca səslə ittiham etməyə başlayacaq.

Bu sözləri millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov sözlərinə görə, ermənilər bütün istiqamətlərdə məğlub olduqlarının fərqindədirlər:

“Bu ölkənin yeganə çıxış yolu əməkdaşlıq istiqamətində konkret, əməli addımlar atmaqdır. İrəvan elə bilirdi ki, delimitasiya və demarkasiya tədbirləri çərçivəsində KTMT öz qüvvələrini sərhədə yeridəcək. Ancaq Peskov məlum açıqlaması ilə onları məyus etdi. Bəlli oldu ki, nə belə bir niyyət var, nə də buna ehtiyac. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın iqtisadi rayonları ilə bağlı məlum sənədi imzaladı. Bu sənədin özü də Ermənistanda şok effekti yaradır. Sənəddə Xankəndi və Zəngəzurla bağlı məqamlar var.

Bütün bunlar Ermənistanda artıq belə bir mövqe formalaşdırıb ki, Azərbaycan öz tarixi ərazilərini geri qaytarmaq niyyətindədir. Haçansa bu proses qaçılmaz xarakter alacaq. O üzdən ermənilər böyük təşviş içindədirlər. Halbuki Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İqtisadi rayonları artırır. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addımlar atır. Bu dəhliz bizim üçün strateji əhəmiyyətlidir. Eyni zamanda, Ermənistan da bundan uduş əldə edəcək”.

Politoloq hesab edir ki, Azərbaycanın Rusiya ilə olan strateji tərəfdaşlıq münasibətləri də Ermənistanı narahat edir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki