Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı rəsmi Bakının cavabını alıb.
O, bu barədə Sputnik Ermənistan agentliyinə məlumat verib.
“Biz Azərbaycanın sülh müqaviləsi ilə bağlı cavabını almışıq.
Onun sözlərinə görə, kommunikasiyaların blokdan çıxarılması, qarşılıqlı nəzarət mexanizmi və silahların yoxlanılması ilə bağlı təkliflər cavabsız qalır.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Moskvanın İrəvanla Bakı arasında danışıqlarda yardım göstərməyə hazır olduğunu bəyan edib.
DOĞRU.AZ