image-n1karobka_ads
image-123
image-684c128b02e8bd057d5797cfbackend

Ermənistanda keçmiş baş nazir Ovik Abramyan saxlanılıb

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz biznesdə iştirakda ittiham olunaraq saxlanılıb, ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

“Ermənistanın Milli Assambleyasının keçmiş sədri və keçmiş baş naziri Ovik Abramyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində saxlanılıb”, – TASS xəbər verir.

Ötən ilin sonunda Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Arşak Karapetyanın İrəvanın tələbi ilə Moskvada saxlandığı barədə məlumat yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki