image-2000x150px
image-123
image-ads_atlas
image-2023-10-10t155109z_588867804_rc2rp3adeicm_rtrmadp_3_finland-estonia-gas-pic_32ratio_900x600-900x600-28324backend

Estoniya Balticconnector qaz kəməri ilə bağlı fövqəladə hadisədə ilkin günahkarın adını açıqlayıb

image-728x90px

Çin Xalq Respublikasına məxsus və Honq-Konq bayrağı altında üzən “Newnew Polar Bear” konteyner gəmisi oktyabrın 8-də Estoniya-Finlandiya Balticconnector qaz kəmərinin yaxınlığında olarkən sızma baş verib.

Bu barədə Estoniyanın Postimees nəşri Marine Traffic yüklərin izlənilməsi sisteminin məlumatlarına istinadən məlumat yayıb.

Eyni zamanda, Estoniya KİV-i bundan əvvəl xəbər vermişdi ki, qəza yerindən bir qədər aralıda bir sıra gəmilər arasında Rusiyanın “SGV Flot” neft filizi daşıyıcısı da var. Postimees-in məlumatına görə, Çinin “Newnew Polar Bear” konteyner gəmisi qaz kəməri sahəsinə daha yaxın olub.

Estoniyanın dövlət qurumlarındakı mənbələr nəşrə bildiriblər ki, ölkə hökuməti sızmada əli olmaqda şübhəli bilinən şəxslərin adlarını birbaşa açıqlamır. Bununla bağlı, qeyd olunduğu kimi, Estoniya hələ də ÇXR-ə diplomatik səviyyədə müraciət etməyib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki