Ekvador Prezidenti Daniel Noboa və bir neçə diplomatı daşıyan karvana etirazçılar tərəfindən hücum edilib.
Doğru.az xəbər verir ki, Noboa X sosial şəbəkəsində yazıb:
“Onlar Ekvadorun tərəqqisinə müqavimət göstərir və zorakılığı seçirlər. Dünən mənim BMT və Aİ nümayəndələri, İtaliya səfiri və Apostol Nuncio ilə birlikdə rəhbərlik etdiyim humanitar karvan pusquya salındı”.
Prezident avtomobilin şüşələrinin zədələndiyini göstərən bir neçə video və foto yayımlayıb.
Qeyd edək ki, daha əvvəl “Respublika” qəzeti xəbər verib ki, Perunun paytaxtı Limada hökumət əleyhinə etirazlar polislə qarşıdurmaya çevrilib.
DOĞRU.AZ