Filippinin Daanbantayan şəhərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində katolik kilsəsi qismən dağılıb.
Məlumata görə, zəlzələnin təsiri xüsusilə Sebu adasında hiss olunub və bir neçə tarixi kilsəyə ziyan dəyib. Yeraltı təkanların episentri Boqo şəhərindən 17 kilometr şərqdə yerləşib.
Hazırda ölənlər barədə məlumat yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl Venesuelada da 6,4 bal gücündə zəlzələ qeydə alınmışdı.
DOĞRU.AZ