image-n1karobka_ads
image-123
image-1757052123188652120_1200x630backend

Formula 1 Azərbaycan Qran-Prisi zamanı tibbi xidmət təmin olunacaq

image-ad_qayo_720x110px

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il Formula 1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmət göstəriləcək.

Doğru.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, sentyabrın 18-dən 21-dək yarışlarda yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Eyni zamanda, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə tibbi xidmətin təşkili ilə bağlı tapşırıqlar verilib.

Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq. Təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.

Qeyd edək ki, TƏBİB 6 ildir Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki