Fransada gənc idmançının ölümü ilə nəticələnən faciə baş verib.
Doğru.az xəbər verir ki, 16 yaşlı fransalı velosipedçi Noa Sartis yarış zamanı ürək tutmasından dünyasını dəyişib. O, ölkənin şimal-qərbində keçirilən yarışda 17 yaşadək kateqoriyada mübarizə aparırdı.
RMC Sport-un məlumatına görə, velosipedçi yerə yıxılmadan əvvəl infarkt keçirib. Xilasedicilər onun həyatını xilas etməyə çalışsalar da, nəticə olmayıb.
Hadisədən sonra təşkilatçılar eyni gündə keçirilməsi nəzərdə tutulan böyüklərin yarışını da ləğv ediblər.
Qeyd edək ki, bundan əvvəl yarışda 17 yaşlı velosipedçinin toqquşma nəticəsində öldüyü bildirilmişdi.
DOĞRU.AZ