image-2000x150px
image-123
image-ads_atlas
image-66bcb20a740b50509f98641c811897a0backend

Fransalı generallar Makrona xəbərdarlıq etdi: “Əgər xaosun qarşısını almasanız…”

image-728x90px
Fransada 20 general, 100-ə yaxın zabit və 1000-dən çox əsgər imzaladığı məktubla Emmanuel Makrona vətənpərvərliyi qoruma çağırışı edib.

“Anadolu” agentliyi xəbər verir ki, müvafiq məktub radikal sağçı “Valeurs Actuelles” saytında dərc olunub.

Fransanın çox sayda təhdid altında olduğu iddia edilən məktubda irqçilik əleyhinə ayrı-seçkiliyin cəmiyyətdə narahatlıq və nifrət yaratdığı bildirilir.

“İrqçilik” və “dekolonizasiya” kimi terminlərin irqçi müharibəyə aparacağı iddia olunur.

Məktubda vurğulanır ki, bu terminlərdən istifadə edənlər Fransanın ənənələrinə və mədəniyyətinə xor baxırlar, ölkənin keçmişindən uzaqlaşaraq dağılmasını görmək istəyirlər.

“Artıq susmağa yer qalmayıb, əks təqdirdə bu gün böyüyən xaos sabah vətəndaş müharibəsi ilə nəticələnəcək və sizin məsuliyyət daşıyacağınız minlərlə ölüm baş verəcək”, – deyə qeyd edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki