image-n1karobka_ads
image-123
image-6679983fae5ac9758015d3dcbackend

Fryazin şəhərində yanğının sahəsi 5 min kvadratmetrə qədər artıb

image-ad_qayo_720x110px

Moskva yaxınlığındakı Fryazin elmi-tədqiqat institutunun binasında baş verən yanğının sahəsi 5 min kvadratmetrə çatıb. 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Fryazin şəhərində yanğının sahəsi 5 min kvadratmetrə qədər artıb”, – məlumatda deyilir.

Binanın içərisində qaz-hava qarışığı olan balonların olduğu qeyd edilir. Hadisə yerində 130-dan çox xilasedici və 50 texnika işləyir.

Fryazin şəhərində elmi-tədqiqat institutunun binasında baş verən yanğın nəticəsində  iki nəfər həlak olub.

Yanğınla bağlı  cinayət işi açılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki