image-ads_n1karobka_mobile
image-1707143685_ekran-resmi-2024-02-05-18-33-04backend

Füzulidə mədəniyyət evində yanğın başlayıb

image-add-a-heading

Füzuli rayonunda yerləşən mədəniyyət evində yanğın hadisəsi baş verib.

Doğru.az “Report” a istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Məlumata görə,yanğın zamanı binada heç kim olmayıb. Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb edilib.

Ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində klub və icma mərkəzi fəaliyyət göstərir.

Qeyd edək ki,yanğının baş vermə səbəbləri ekspertizadan sonra məlum olacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki