Ermənistanda Nikol Paşinyanın Mülki Müqaviləsi partiyasının reytinqi düşərək 2018-ci ildən bəri ən aşağı səviyyəyə çatıb və MPG (Gallup Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyi) tərəfindən aparılan sorğunun nəticələrinə görə 11,3% təşkil edib.
Şirkətin rəhbəri Aram Navasardyan məlumatı jurnalistlərə təqdim edib.
“Növbəti bazar günü parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verəcəksiniz?” sualına cavab verənlər cəmi 11,3% “Mülki müqavilə” adlandırıblar. Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir”.
Keçən ilin noyabrında Nikol Paşinyan erməni cəmiyyətinin kollektiv sosial təfəkkürünün “dövlət əleyhinə” olduğu fikrini bildirmişdi.
DOĞRU.AZ