image-ads_n1karobka_mobile
image-whatsapp-image-2026-04-12-at-14-50-47backend

“Ganjavi Holding” 5 illik yubileyini qeyd etdi – FOTO

Ölkəmizdə müxtəlif sahələr üzrə çoxşaxəli fəaliyyət göstərən Ganjavi Holding 5 illik yubileyini geniş proqramlı, xüsusi təşkil olunmuş ziyafətlə qeyd edib.

Doğru.az xəbər verir ki, yubiley tədbiri holdinqin ötən illər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları bölüşmək və komanda ruhunu ön plana çıxarmaq məqsədi daşıyıb.

Tədbirdə Milli Məclisin deputatları, rəsmi qurumların nümayəndələri, media təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, yaradıcı şəxslər, holdinqin əməkdaşları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Çıxışlarda holdinqin 5 illik fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək hədəfləri ilə bağlı fikirlər səsləndirilib, iştirakçılar tərəfindən təbriklər çatdırılıb. Tədbir çərçivəsində qonaqlar üçün canlı musiqi və yaradıcı proqram təqdim olunub.

Sonda holdinqin inkişafına töhfə vermiş əməkdaşlar və tərəfdaşlar müxtəlif nominasiyalar üzrə simvolik mükafatlarla təltif ediliblər. Bu addım şirkətin komanda ruhuna və əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilib.

05 aprel 2021-ci ildə iqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi tərəfindən təsis olunan holdinq qısa müddətdə müxtəlif sahələri əhatə edən güclü platformaya çevrilib. Qurum maliyyə və mühasibatlıq, analitik təhlil və strateji planlaşdırma, yeni bizneslərin qurulması və idarə olunması, alternativ təhsil və təlim proqramları, layihələrin hazırlanması, kuryer və poçt xidmətləri, media üzərindən reklam, hüquqi və inzibati xidmətlər, İT həlləri, eləcə də səyahət və səfərlərin təşkili kimi geniş istiqamətlər üzrə fəaliyyət göstərir.

Holdinq informasiya sferasında da aktiv rol oynayır. Hazırda qurumun tərkibində Najafsoy Group, Ganjavi Media, Strateji.az, Siyasi.az, ELSHAN GANJAVI, Public jurnalı, Gəncəvi jurnalı və GƏNCƏVİ Milli Mükafatı fəaliyyət göstərir.

Elşən Gəncəvi ictimai və sosial sahədə də aktiv fəaliyyəti ilə seçilir. O, müxtəlif dövrlərdə Xüsusi Təyinatlıların Qaziləri Şəhid Ailələri və Veteranları İB təşkilatında maliyyə meneceri, PUBLIC AZERBAIJAN konsepsiyasının rəhbəri, ŞƏFQƏT Kimsəsiz və Əlil Uşaqlara Yardım İB qurumunda ictimai və sosial şuranın rəhbəri kimi fəaliyyət göstərib. O, həmçinin Oxu-magiya kitabının müəllifidir və müxtəlif platformalarda analitik yazılarla çıxış edir.

Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Timişoara Qərb Universitetində isə magistr səviyyəsində başa vuran Elşən Gəncəvi müxtəlif illərdə Milli Məclisə seçkilərdə namizəd kimi iştirak edib. Onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib – “Altın Melek Ödülleri 2021” və 2025 layihələri, eləcə də Turkey Exclusive Awards çərçivəsində müxtəlif mükafatlara layiq görülüb.

Qeyd edək ki, holdinqin adı Nizami Gəncəvi irsindən ilhamlanaraq seçilib. Təsadüfi deyil ki, holdinqin təsis olunduğu 2021-ci il İlham Əliyev tərəfindən ölkədə “Nizami Gəncəvi ili” elan edilmişdi.

5 illik yubileyini qeyd edən holdinq qarşıdakı dövrdə fəaliyyət istiqamətlərini genişləndirməyi, innovativ yanaşmalar tətbiq etməyi və ölkənin iqtisadi, sosial və media mühitinə töhfə verməyi hədəfləyir.

DOĞRU.AZ

image-a126779b-48cc-4274-b183-ca3b9339a571-1 image-8114cd69-c5ad-42cb-bea7-70a2a3d0a3cf-1 image-e692478a-68a9-4817-85b0-761a5eefb898 image-9ac7c4c4-863b-4d3f-9122-5559cec0fd7f image-f3753945-b581-4964-bb73-5fa854f6d25c-1024x683 image-6a7765f5-801a-4ab7-9e46-f8979e147db6 image-a2589118-a35c-47b8-aca1-768c8b726a24 image-5f65eeb5-e460-410f-8be1-8b9cb5376672 image-a5e2f7d0-810e-4fe4-9898-2b52f67604e1 image-a26814e3-c289-4d03-baaa-86c653715f2a image-96018b56-43ee-492f-94d7-29b536811a6a


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki