Doğru.az xəbər verir ki, Gənclər Gününün əsası 1997-ci il fevralın 2-də ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla qoyulmuşdur. Hər il ölkədə fevralın 2-si Gəncləri Günü kimi qeyd edilir.
Gənclər Günü ölkə daxilində ölkədən kənarda azərbaycanlılar tərəfindən hər il yüksək səviyyədə keçirilir. Rəsmi və qeyri-rəsmi şəxslər bu gün münasibətilə fikirlərini, duyğularını müxtəlif şəkildə ifadə etməyə çalışırlar.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə təşkilatının sədri Arzu Bagirova da 2 Fevral Gənclər günü münasibətilə “Facebook” sosial hesabında paylaşım edibdir.
Arzu Bağırova sosial hesabında foto paylaşaraq, fikirlərini bu cür bildiribdir: “AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜNÜZ MÜBARƏK! GƏNCLƏR !HƏRTƏRƏFLİ İNKİŞAF EDİN!YERİNİZDƏ SAYMAYIN! GƏNCLİK YÜKSƏLİŞDİR, İNKİŞAFDIR,ƏZMDİR !SAVADLI, ENERJİLİ ,ZƏHMƏTKEŞ ,MƏRHƏMƏTLİ GƏNCLƏR GÜCLƏNƏN GƏLƏCƏYİMİZİN İNKİŞAFIDIR!
SAĞLAM OLUN ! FİRAVAN YAŞAYIN!”

























