image-2000x150px
image-123
image-ads_atlas
image-crop-medic-measuring-pressure-to-patient-pic_32ratio_900x600-900x600-15935backend

Gənclərdə yüksək təzyiqin ağır nəticələri açıqlanıb

image-728x90px

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri müəyyən ediblər ki, 55 yaş və daha kiçik insanlarda hipertoniya bədən yaşlandıqca infarkt və insult riskini artırır. Ancaq daha sonra qan təzyiqini aşağı salmaq riskləri aradan qaldırmır.

Araşdırmanın nəticələri PLOS One jurnalında dərc olunub.

Qeyd olunur ki, qan təzyiqi və xolesterin səviyyəsinə nəzarət bir çox gənclər üçün prioritet məsələ deyil. Yaşlandıqca yüksək qan təzyiqi və həddindən artıq aşağı sıxlıqlı lipoproteinlərin sağlamlığa necə təsir etdiyini öyrənmək üçün alimlər 55 yaşdan kiçik 300.000-ə yaxın insan üzərində araşdırma aparıblar.

136,648 iştirakçıda aşağı sıxlıqlı lipoprotein (LDL) səviyyələri, 135,431 iştirakçıda sistolik qan təzyiqi, daha 24,052 nəfərdə isə koronar ürək xəstəliyi riski qiymətləndirilib. Təhlil göstərdi ki, 55 yaş və daha kiçik insanlarda yüksək sistolik qan təzyiqi və LDL xolesterol konsentrasiyası ürək xəstəliyi, insult və infarkt riskini artıra bilər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki