image-n1karobka_ads
image-123
image-blog_ax3_crew_farewellbackend

Gezeravcının daxil olduğu heyətin Yerə qayıdacağı saat açıqlandı

Türkiyənin ilk astronavtı Alper Gezeravcının daxil olduğu “Axiom-3” (“Ax-3”) heyətinin bu gün Ankara vaxtı ilə 17:05-də Yerə qayıtması gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə “SpaceX” sosial media hesabından xəbər verib.

O da bildirilir ki, astronavtların olduğu “Dragon” kosmik gəmisinin BKS-dən ayrılması eniş zonasındakı hava şəraitindən asılıdır.

Xatırladaq ki, “Ax-3” missiyası fevralın 2-də başa çatıb. Ancaq ABŞ-nin Orlando sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar heyətin Yerə qayıtması bir neçə dəfə təxirə salınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki