Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində Cavidin itkin düşməsində adı hallanan Vüqar Cəfərov və Ağa adlı şəxs danışıblar.
Qeyd edək ki, ilk açıqlamasında Vüqar Cəfərov, Cavid Bayramovun itkin düşdüyü gün onunla görüşmədiyini desə də, budəfəki açıqlamasında onunla görüşüb söhbət etdiyini bildirib.
Cavid Bayramovun ailəsi onun bacanağı olan Ağanın da yalan danışdığını və bu məsələdə onun da əlinin olduğunu düşünürlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib. O qeyd edib ki, məsələ araşdırılır.
DOĞRU.AZ