Goranboy rayonunun Dəyirmanlar kəndində baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Doğru.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarın nahiyəsindən küt travma alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Belə ki, gənc qadın qayınanası — 1968-ci il təvəllüdlü Gülxanım Xudaverdiyevanın əlində olan tirdən təsadüfən açılan atəş nəticəsində yaralanıb. Güllə dəmiri deşərək Nəzrin Xudaverdiyevaya dəyib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
DOĞRU.AZ