image-n1karobka_ads
image-123
image-d90e93ef-91b3-315a-98d0-18946e18a729_850jpg-1722334093backend

Goranboyda sel sularının yaratdığı çətinlik aradan qaldırılıb

Ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Goranboy rayonunun Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci kilometrində yol təsərrüfatına ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.

Əraziyə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki