image-2000x150px
image-123
image-ads_atlas
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə görüş keçirib-FOTOLARbackend

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə görüş keçirib-FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, ötən gün Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ikinci Qarabağ müharibəsində şəhid olan rayonun Birinci Ərəbcəbirli kənd sakini Həsən Bayramovun valideynləri ilə evində görüşüb.

Baş tutan görüşdə şəhid Həsən Bayramovun ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin atası Ağaisa Bayramov onlara göstərilən diqqət və qayğıya görə rayonun başçısı Mehdi Səlimzadəyə razılığını ifadə edərək, şəhidin yaşadığı küçəyə onun adına verilməsini xahiş edibdir.

Növbəti görüş Vətən müharibəsində yaralanaraq evinə qazi kimi dönən rayon sakini, baş leytenant Arif Hüseynin evində olub. Qazi Arif Hüseynlə keçirilən görüşdə onun döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamından danışılıb.

Qazinin atası Aydın Hüseynov Vətən müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından və onun oğlunun fədakar döyüşünün qiymətləndirilərək 4 medalla təltif edilməsinə görə ölkə prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib

Səbuhi Eltonlu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki