image-2000x150px
image-123
image-ads_atlas
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid ailələri və qazilərlə görüşdü-FOTObackend

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid ailələri və qazilərlə görüşdü-FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Vətən müharibəsində şəhid olan igidlərimizin ailə üzvləri və döyüşdə qazi olanların özləri ilə görüşünü davam etdirməkdədir.

Ötən gün Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Məlikkənd,Şıxəmir,Şıxbəy,Kürdşaban,Yenikənd,Çaxırlı kəndlərindən olan şəhidlərin ailə üzvləri, qazilər, əsgərlər və kənd sakinləri ilə görüş keçiribdir.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, son bir ildə ölkəmizdə siyasi, sosial və hərbi sahədə əldə olunan nəticələr, qarşıda duran vəzifələr, həmçinin pandemiya dövründə aparılan mübarizə tədbirlərindən ətraflı məlumat veribdir.Bununla yanaşı Mehdi Səlimzadə çıxışında Vətən müharibəsində əldə olunan qələbədə Göyçayın igidlərinində payı olduğunu diqqətə çatdırıbdır.

Mehdi Səlimzadə ölkəmizdə o cümlədən Göyçayda İkinci Qarabağ müharibəsində göyçaylıların könüllü olaraq cəbhəyə getmələri və döyüşdə göstərdikləri şücaət, igidlik və şəhidlərin dəfninin izdihamla keçirildiyini vurğulayıbdır. Rayon rəhbəri qeyd edib ki, şəhid ailələrinə və qazilərə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən dövlət qayğısının göstərilməsi rayonumuzda da yüksək səviyyədə aparılır.

Rayon rəhbəri şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan komissiyaya edilən müraciətlərin araşdırılmasını və qanuni şəkildə adların verilməsini qeyd edib.Görüşdə iştirak edən Kürdşaban kənd sakini, şəhid atası Əliyev Elnur Azər oğlu görüşün təşkil olunmasına görə təşəkkürünü bildirərək, Kürdşaban kənd orta məktəbin qarşısına şəhidlərin fotoşəkillərindən ibarət lövhənin vurulmasını xahiş edibdir.

Daha sonra görüşdə çıxış edən kənd sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılaraq, qaldırılan məsələlərə aydınlıq gətirilib. Qaldırılan problemlərin tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilibdir. Rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırıbdır.

Qeyd edək ki, keçirilən görüş sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Səbuhi Eltonlu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki