Göyçayda reyd keçirilib.backend

Göyçayda reyd keçirilib.

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə Göyçayda növbəti reyd keçirilib. Göyçay rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları ilə birlikdə mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktik reydlər baş tutub.

Üç gün keçirilən reydlər zamanı qoyulan qaydaları pozan 136 nəfərə şifahi xəbərdarlıq edilib, 9 nəfərə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 900 manat cərimə tətbiq olunub. 7 yas mərasiminə xəbərdarlıq edilib.

Keçirilən reyd zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 41 nəfər şəxsə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Qeyd edək ki, rayon ərazisində reydlər davam etdirilir.

Səbuhi Eltonlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki