image-2000x150px
image-123
image-ads_atlas
Göyçayda şəhidin xatirəsinə tikilmiş bulağın açılışı olub-FOTObackend

Göyçayda şəhidin xatirəsinə tikilmiş bulağın açılışı olub-FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ağdərə-Ağdam istiqamətində gedən döyüşlərdə 01 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalan Göyçayın Ləkçılpaq kənd sakini Məmmədov Elvin Mübariz oğlunun xatirəsini əbədləşdirmək üçün sözügedən kənddə şəhidimizin adına tikilmiş bulaq-abidə kompleksinin açılışı olub.

Şəhidimiz ad günü münasibətilə ucaldılmış bulaq-abidə kompleksinin açılışında, rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak edib.

Açılışda çıxış edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyev və başqaları şəhidimizin keçdiyi şərəfli ömür yolundan bəhs edərək, gənclərə nümunə göstəriblər. İkinci Qarabağ döyüşlərində şəhidimizin xidmətlərinin əvəzsiz olduğu diqqətə çatdırılıb.

Daha sonra şəhidin atası Mübariz Məmmədov çıxış edərək, oğlunun xatirəsinin əbədiləşdirilməsinə görə hər kəsə minnətdarlığını bildirib: “Vətən sağ olsun. Qarabağ Azərbaycandır!”

Səbuhi Eltonlu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki