Göyçayda şəhidlər anıldı.backend

Göyçayda şəhidlər anıldı.

20 yanvar faciəsinin 31 ci ildönümü ilə bağlı rayonda yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub. Ziyarətdə rayon İcra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayonda 20 yanvar faciəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoyulub. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edilib.

Biinci və ikinci Qarbağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin məzarlaı ziyarət olunub.Baş tutan mərasim həzn musiqi sədalarının müşaiyəti ilə keçirilib. Rayon rəhbəri şəhid ailələrinin üzvləri ilə görüşərək onlara dərin hüznlə baş sağlığı verib. Şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.


Qey edək ki, ölkədə davam edən (COVID-19) pandemiyası ilə əlaqədar rayonda mərasim sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Səbuhi Eltonlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki