image-2000x150px
image-123
image-ads_atlas
Göyçayda Xocalı soyqırımı qurbanları anılıb-FOTObackend

Göyçayda Xocalı soyqırımı qurbanları anılıb-FOTO

image-728x90px

Bu gün Göyçayda Xocalı soyqırımı faciəsinin 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların yerli nümayəndələrinin rəhbərləri, Xocalıdan olan rayonda məskunlaşmış məcburi köçkünlər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edibdir.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Şəhidlər Xiyabanında ucaldılmış “Soyqırım” abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.

Daha sonra tədbir iştirakçıları tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində rayonun Şəhidlər Xiyabanı ərazisində soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 631 şəhidin hər birinin xatirəsinə bir ağac əkilib.

Qeyd edək ki, tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

Səbuhi Eltonlu

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki