Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə növbəti görüşünü Birinci Ərəbcəbirli kəndində keçirib.Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan sözügedən kəndin sakini Bayramov Həsən Ağaisa oğlunun və müharibədə yaralanmış İslamov Turan Əhəd oğlunun ailəsində olub.
İcra başçısı diqqətə çatdırıb ki, “Şəhidlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illər işğal altında olan torpaqlarımız işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya öz hərbi qüdrətini göstərmiş, şəhidlərimizin qanı yerdə qalmamışdır”.
Rayon rəhbəri şəhid ailələrinin daima qayğı ilə əhatə olunacağını qeyd edərək, yaralıların tezliklə sağalmasını arzu edibdir. Lazım olan bütün səylərin göstəriləcəyini diqqətə çatdırıbdır.Ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səbuhi Eltonlu



























