image-2000x150px
image-123
image-ads_atlas
image-1616491508-681253-dam-450x250backend

Güclü külək Abşeronda fəsadlar törətdi

image-728x90px

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar törədib.

“Azərişıq” ASC-dən “Doğru.az“-a daxil olan məlumata görə,  güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakininin evinin dam örtüyünü uçurub.

“Dam örtüyünün ərazidən geçək elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları cəlb edilib”, – qurumdan bildirilib.

Qeyd edilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı artıq bərpa edilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki