image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_6a55b7af1ca46ce343aa90890032e845_326gp9b0vcx41njmzlf8-640x336backend

Güclü külək bir sıra rayonlarda elektrik enerjisi verilişində fasilələrə səbəb olub – FOTOLAR

image-728x90px

Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin verdiyi məlumata görə, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.

Dərhal hadisə yerinə gələn “Azərişıq” ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki