image-ads_n1karobka_mobile
image-6hbdtpzrweeawa4xoa4cbgodfcwpzmgk0seith4d_1200backend

Güclü külək Oğuzda bir sıra fəsadlar törədib – FOTO

Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.

Doğru.az “Report”a istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.

Belə ki, güclü külək nəticəsində irigövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.

Səhər saatlarından etibarən aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

DOĞRU.AZ

image-yrx3xgya0vwqyzdv9sydqlk0hahpwxqyrdekd9us_640 image-cepojsj9nhqw2bv9oognyobnvfj1baqzg1q73jxq_640 image-bi9vzvyrebc7bqdfpmljfsmlvmah8ltjtq3xr4an_640 image-j9ulr8elgw9cye4r7jvzq1h8wdra3bmh8i6gsbn0_640 image-jb7vts1o8uofnb6w4c6oze8wkxjimzkfgzn0nutq_640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki