“Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi” – Yenilənirbackend

“Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi” – Yenilənir

Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.

Doğru.az xəbər verir ki, iş adamının köməkçisi Fidan Quliyeva 15 ilə qədər həbsi istənilən Mənsimovun məhkəmədə verdiyi ifadəni sosial şəbəkələrdə paylaşıb:

“Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdi. Men heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad olunmağımı istəyirəm! Heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim burda 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada olan azərbaycanlı və türklərdi.(qafqazinfo)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki