image-2000x150px
image-123
image-ads_atlas
image-ilham_aliyev_main_photo_200320_1-2backend

Hərbiyönümlü QHT-lər İlham Əliyevə müraciət ediblər

image-728x90px

Azərbaycanın hərbiyönümlü qeyri-hökumət təşkilatları Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

“Report” xəbər verir ki, müraciətdə deyilir:

Möhtərəm Ali Baş Komandan!

Sizə şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərdiyiniz bu həssas, qayğıkeş münasibətə görə hərbiyönümlü qeyri-hökumət təşkilatları adından təşəkkür edir, Azərbaycanın inkişafı və tərəqqisi üçün apardığınız mübarizədə uğurlar arzulayırıq! Bildiririk ki, bizlər Sizin siyasətinizi daim dəstəkləyir və hər zaman Sizin yanınızdayıq”.

“Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları genişmiqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar.

Müraciəti “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası ictimai birliyinin sədri Rey Kərimoğlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin sədri Füzuli Rzaquliyev və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” ictimai birliyinin sədri Emin Həsənli imzalayıblar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki