image-n1karobka_ads
image-123
image-1745220844542530340_1200x630backend

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb.

Görüşdə bildirilib ki, 1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm Kolleci bu sahədə Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir. Təxminən 3000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə 50-dən çox təlim proqramı var.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə mövcud əlaqələr, iki xalq arasındakı möhkəm dostluq münasibətləri, bu əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ölkələr arasında münasibətlərdə yeni səhifə açdığı vurğulanıb. Mövcud əlaqələrin genişlənməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin öz töhfəsini verdiyi qeyd olunub. Fondun təhsil və sosial yönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi xatırladılıb.

Görüş zamanı ikitərəfli münasibətlərə, Ümummilli Lider Heydər Əliyevin iki ölkənin və xalqın dostluğu istiqamətindəki töhfələrə, hazırda Azərbaycan-Vyetnam yüksəksəviyyəli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha da genişləndirilməsi, bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib.

Ticarət və Turizm Kollecində, həmçinin 1968-1990-cı illərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış vyetnamlı məzunlarla görüş keçirilib. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış vyetnamlı məzunların xüsusi rol oynadıqları diqqətə çatdırılıb. Bildirilib ki, məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artıb. Sovet dönəmində Azərbaycanda 5 minədək vyetnamlı təhsil alıb.

Görüşdə Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib.

Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.

DOĞRU.AZ

image-17452208446378954430_1200x630 image-17452208441245641239_1200x630 image-1745220844487767022_1200x630 image-17452208441029063825_1200x630 image-17452208442132825832_1200x630 image-17452208444903946579_1200x630 image-17452208445441939570_1200x630 image-1745220844529746663_1200x630 image-17452208441428762122_1200x630 image-17452208441255327883_1200x630 image-1745220844367046555_1200x630 image-17452208445752218608_1200x630 image-17452208443743814859_1200x630 image-17452208441899813240_1200x630 image-17452208442722713633_1200x630 image-1745220844103358923_1200x630 image-17452208445969732118_1200x630 image-1745220844671033875_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki