image-2000x150px
image-musa-quliyevbackend

“Heydər Əliyev İli” çərçivəsində bu işlər görülməlidir – Komitə sədri

image-728x90px

“Gələn il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edildi. Bu 100 ilin 60 ili Ümummilli Liderin Azərbaycana xidməti dövrüdür. Heydər Əliyev Azərbaycan xalqına tarixi xidmətlər göstərmiş və misilsiz nailiyyətlər əldə etmiş böyük şəxsiyyətdir”.

Bunu   Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, Ulu Öndərin Azərbaycan üçün gördüyü işlər əsrlərlə yaşayacaq.

“Heydər Əliyev müstəqil və müasir Azərbaycan dövlətinin banisi, sovet dövründə isə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi qüdrətli respublikaya çevirən dahi şəxsiyyətdir. Ulu Öndərlə bağlı istər cəmiyyət, istərsə də dövlət tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bütün ilboyu tədbirlər keçirilməlidir. Heydər Əliyevin fəaliyyətinin daha geniş araşdırılması, təbliğ olunması, dünya çapına çıxarılması, adının əbədiləşdirilməsi ilə bağlı tədbirlər təşkil olunmalıdır. 2023-cü ildə Ulu Öndərə kitablar həsr olunacaq, mahnılar bəstələnəcək, ola bilsin ki, dram əsərləri səhnələşdiriləcək. Heydər Əliyevin adını daşıyacaq abidələr, komplekslər, küçələr daha da çox ola bilər”.

Komitə sədri vurğulayıb ki, Heydər Əliyev irsinin daha geniş araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində ideoloji işin aparılması xüsusi əhəmiyyət daşıyır:

“Heydər Əliyevi Azərbaycanda uşaqdan böyüyə hər kəs tanıyır, sevir, onu Azərbaycana yenidən tanıtmağa zərurət də yoxdur. Ümummilli liderin siyasi irsinin dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bu xətt uzun illər davam etdiriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki