Yəmən sahillərində “Minervagracht” yük gəmisinə hücumdan sonra Hollandiya Husilərin Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına daxil edilməsinə çalışacaq.
Doğru.az xəbər verir ki, bunu Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri David van Wiel sosial şəbəkədə açıqlayıb.
O bildirib: “Husiləri Aİ-nin terror təşkilatları siyahısına daxil etməyə və Aİ-nin əlavə sanksiyalar qəbul etməsinə çalışacağam. Biz birlikdə gəmilərimizdən ən səmərəli istifadə edə, ticarət yollarını qoruya və beynəlxalq hüququ qorumaq imkanına sahibik”.
David van Wiel həmçinin Husilərin Minervagracht gəmisinə hücumunu pisləyib və axtarış-xilasetmə əməliyyatı ilə ekipajın təhlükəsiz təxliyyəsi üçün avropalı tərəfdaşlara təşəkkür edib.
Xatırladaq ki, daha əvvəl Yəmənin Ənsar Allah (Husilər) hərəkatı Minervagracht gəmisinə hücumun məsuliyyətini üzərinə götürüb.
DOĞRU.AZ