Hollandiyanın hakim Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) lideri Dilan Yeşilgöz-Zegerius müzakirələrdən sonra aldığı təhdidlər səbəbindən dərhal evinə qayıda bilməyib.
Doğru.az xəbər verir ki, siyasətçi bu barədə NPO 1 telekanalına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, təhlükəsizlik səbəbilə əvvəlcə təhlükəsiz yerə aparılıb və orada bir neçə saat qalmalı olub.
“Bir neçə nəfər saxlanılıb,” – deyə Yeşilgöz-Zegeriusun sözlərini RIA Novosti yayıb.
Qeyd edək ki, bundan əvvəl Fransanın sabiq prezidenti Nikolya Sarkozinin ünvanına hədə-qorxu gələn üç məhbusun Parisdə nəzarətə götürüldüyü bildirilmişdi.
DOĞRU.AZ




























