The New York Times ABŞ rəsmilərinə istinadən yazır ki, İran Hörmüz boğazını tam şəkildə açmaqda çətinlik çəkir, çünki sularda yerləşdirilən minaların hamısı aşkarlanaraq təmizlənə bilmir.
Doğru.az xəbər verir ki, nəşrin məlumatına görə Tehran mart ayında kiçik gəmilərdən istifadə edərək boğazı minalayıb və bəzi minaların yerləri tam qeydə alınmayıb.
Qeyd olunur ki, dəniz minalarının zərərsizləşdirilməsi onların yerləşdirilməsindən daha çətindir və ABŞ-ın mina təmizləmə imkanları da məhduddur.
Mövcud vəziyyət Pakistanın vasitəçiliyi ilə ABŞ-İran danışıqlarını çətinləşdirə bilər. Boğazda gəmiçilik demək olar ki, iflic olub, bu isə enerji qiymətlərinin artmasına səbəb olur. Buna baxmayaraq, İran rüsum ödəyən gəmilərə keçid imkanı verdiyini bildirir.
Ağ Ev daha əvvəl Hörmüz boğazı ilə bağlı ehtiyat planının mövcud olduğunu açıqlayıb. ABŞ prezidenti Donald Tramp isə İranı boğazla bağlı razılaşmanı pozmaqda ittiham edib.
İran xarici işlər nazirinin müavini Səid Xətibzadə isə aprelin 9-da bildirib ki, Hörmüz boğazı, o cümlədən ABŞ gəmiləri üçün açıqdır, lakin yalnız Tehranın razılığı və düşmənçilik davranışı olmamaq şərti ilə.
İranın Ali Lideri Müctəba Xamenei isə Hörmüz boğazının idarə olunmasının yeni mərhələyə keçiriləcəyini bəyan edib.
DOĞRU.AZ

























